Bakıda tanışını 40 manat pula görə öldürən şəxs məhkəmədə ifadə verib

Bakıda tanışını 40 manat pula görə öldürən şəxs məhkəmədə ifadə verib Ruslan Şevçun özünü təqsirli bildiyini deyib
Hadisə
28 Sentyabr , 2016 15:28
Bakıda tanışını 40 manat pula görə öldürən şəxs məhkəmədə ifadə verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Ruslan Şevçunun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən R.Şevçun özünü təqsirli bildiyini deyib. O, hadisə zamanı içkili olduğunu qeyd edib: "Aleksandrla bir yerdə yeyib-içədən sonra baxdım ki, 40 manat pulum yoxdur. Ona "pulumu sən götürmüsən" sualını versəm də, boyununa almadı. Aleksandra ana söyüşü qoydum, amma yenə pulumu götürdüyünü etiraf etmədi. Mən də buna görə onu bıçaqladım".

Daha sonra şahidlər dindirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ruslan Valeriyeviç Şevçun aralarında yaranan münaqişə zəminində Pirallahı rayon Xanlar küçəsində yaşayan 1982-ci il təvəllüdlü Aleksandr Nikolayeviç Qraçovun ürək nahiyəsinə kəsici-deşici alətlə zərbə endirərək öldürüb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 42 yaşlı R.Şevçun tutularaq istintaqa təhvil verilib.

R.Şevçin ilkin ifadəsində hadisənin pula görə baş verdiyini bildirib. Belə ki, R.Şevçin A.Qraçovun onun 40 manat pulunu oğurladığından şübhələnib və onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və qətllə nəticələnib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi