Bakıda tanınmış yazıçının nəvəsi dərmandan zəhərlənərək ölüb - FOTO

Bakıda tanınmış yazıçının nəvəsi dərmandan zəhərlənərək ölüb - FOTO Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir
Hadisə
17 Noyabr , 2016 09:38
Bakıda tanınmış yazıçının nəvəsi dərmandan zəhərlənərək ölüb - FOTO

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb.

"Report"un xəbərinə görə hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, 12 yaşlı Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirərək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinfində fəal şagirdlərdən biri olub.

Yasamal Rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi