Bakıda tanınmış şirkətlərdən oğurluq edən şəxslər tutulub

Bakıda tanınmış şirkətlərdən oğurluq edən şəxslər tutulub Fakta bağlı cinayət işi başlanılıb
Hadisə
10 Noyabr , 2016 13:35
Bakıda tanınmış şirkətlərdən oğurluq edən şəxslər tutulub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda "Kontakt" və "Eurolux" şirkətlərindən oğurluq etməkdə şübhəli bilinən Saleh Mehdiyev tutulub.

"Report"un xəbərinə görə, ondan 2 ədəd kondisioner və 1 ədəd tozsoran aşkar olunaraq götürülüb.

S.Mehdiyev dindirilərkən məlum olub ki, o hadisəni əvvəllər həmin anbarda işləmiş Bakı şəhər sakini Tərlan Əhmədağazadə, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Quliyev, Samux rayon sakini, əvvəllər məhkum olunmuş Köçəri Piriyevlə birgə törədib. Qrup anbardan 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları K.Piriyevi tutub. Onun paytaxt ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan 2 ədəd kondisioner və 1 ədəd kombi aşkarlanıb. Bundan başqa, T.Əhmədağazadə də tutulub. Onun noyabrın 7-də "Xəzər İnşaat" şirkətinə məxsus anbardan 71 168 manat dəyərində 53 ədəd kondisioner, 5 ədəd tozsoran, 21 ədəd kombi aparatı və digər əşyaları oğurlaması müəyyən edilib.

İ.Quliyevin axtarışına başlanılıb. Fakta bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi