Bakıda tanımadığı adamı küçədə söyüşə görə bıçaqlayan şəxs apellyasiya şikayəti verib

Bakıda tanımadığı adamı küçədə söyüşə görə bıçaqlayan şəxs apellyasiya şikayəti verib Məhkəmənin növbəti iclası iyulun 13-nə təyin edilib
Hadisə
30 İyun , 2018 17:30
Bakıda tanımadığı adamı küçədə söyüşə görə bıçaqlayan şəxs apellyasiya şikayəti verib

Bakı. 30 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Ruslan Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci ildə baş verib. R.Səfərov Bakının Xətai rayonunda gecə saat 3 radələrində küçədə bir neçə şəxslə birlikdə səs-küy salıb, ucadan söyüş söydükləri üçün Elvin İsmayılov onlara irad bildirib. Bu zaman aralarında yaranan mübahisə nəticəsində R.Səfərov E.İsmayılovu bıçaqlayaraq xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən R.Səfərov əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini deyib. Söyləyib ki, hadisə heç nədən başlayan mübahisədən sonra baş verib.

R.Səfərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi