Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib Hadisəni törədən sürücü saxlanılıb
Hadisə
27 İyun , 2017 03:36
Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib
Foto: Report.az

Bakı. 27 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Tbilisi prospektində taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Əsgərova Solmaz Orucəli qızını vurub.

Nəticədə qadın açıq sınıq xəsarətləri və kəllə-beyin travması alıb. O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi