Yuxarı

Bakıda taksi sürücüsünü qətlə yetirən dəstə üzvlərinin məhkəməsi başlayıb

Bakıda taksi sürücüsünü qətlə yetirən dəstə üzvlərinin məhkəməsi başla

72

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Tərlan Məmmədov, Azər Mustafayev, Anar Ağabalayev, Rinad İsmayılov, Emin Cəfərzadə və Əyyub Cabbarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 6-sı saat 18:00 radələrində paytaxtın Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobildə 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb.

İlkin məlumata görə, Ə.Əliyev baş nahiyəsinə küt alətlə endirilən zərbə nəticəsində ölüb.

İyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb.

Daha sonra dəstənin digər üzvləri - Tərlan Məmmədov, Anar Ağabalayev, Rinad İsmayılov və Əyyub Cabbarov da tutulub.

Məlumata görə, Ə.Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi