Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı 41 yaşlı Şükürov Nemət Əli oğlu tutulub. Araşdırma zamanı onun müştəri kimi əyləşdiyi taksinin sürücüsünə hədə-qorxu gələrək 50 manatını ələ keçirdiyi məlum olub. N.Şükürov ifadəsində 4 ilə yaxındır ki, narkotik vasitələr aludəçisi olduğunu və cinayətə də məhz heroin almağa pulu olmadığı üçün əl atdığını bildirib: "Mindim taksiyə. Qorxudub 50 manat aldım. Düşəndə dedim ki, xəcalətindən çıxaram. Xəstəliyimlə əlaqədar elədim. Pulu narkotikə verəcəkdim".
Əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayan N.Şükürov barəsində növbəti dəfə cinayət işi başlanılıb, istintaq davam edir.