Bakıda taksi sürücüsünə qarşı quldurluq edən Özbəkistan vətəndaşı və digərlərinə hökm oxunub

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən Özbəkistan vətəndaşı və digərlərinə hökm oxunub Hər üç şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
17 İyul , 2018 17:59
Bakıda taksi sürücüsünə qarşı quldurluq edən Özbəkistan vətəndaşı və digərlərinə hökm oxunub

Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı, 26 yaşlı Tərlan Alıyarov, Qusar rayon sakini, 36 yaşlı Radik Həsrətov və Xaçmaz rayon sakini, 26 yaşlı Kamran Nəsrullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər üç şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Alıyarov tanışları - R.Həsənov və K.Nəsrullayevlə birgə bu il fevralın 25-də gecə saatlarında “Xırdalan dairəsi” ərazisində “VAZ-21044” markalı 90 KX-291 dövlət nömrə nişanlı taksiyə əyləşərək onları “Memar Əcəmi” metro stansiyası tərəfə aparmağı xahiş ediblər.

Aralarındakı razılığa əsasən, T.Alıyarov bıçağı sürücünün boğazına dirəyərək ondan pulları verməyi tələb edib. Avtomobilin sürücüsü Kamran Həsənliyə məxsus mobil telefonu və pulları onun əlindən alaraq hadisə yerindən qaçıblar.

Son xəbərlər

Orphus sistemi