Bakıda taksi sürücüsü soyğunçuluğa məruz qalıb
Hadisə
- 08 noyabr, 2016
- 11:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edilib.
“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Gədəbəy rayon sakini 1958-ci il təvəllüdlü Mayıl Bağırovun taksi fəaliyyəti ilə məşğul olduğu "Mercedes" markalı avtomobilinə iki nəfər naməlum sərnişin minib. Onlar Səngəçal qəsəbəsində avtomobilin təhlükəsizlik kəmərini M.Bağırovun boğazına keçirməklə onu döyüb, 328 manat pulunu və mobil telefonunu aldıqdan sonra avtomobili tərk ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
05:28
ABŞ Hərbi Dəniz Qüvvələrinin "Doris Miller" aviadaşıyıcısı Trampın şərəfinə yenidən adlandırılmayacaq
Digər ölkələr
05:00
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
Digər ölkələr
04:36
Litva Rusiyanın Kalininqrad vilayətindəki dron insidentinə aidiyyəti olduğunu rədd edib
Digər ölkələr
04:05
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
Digər ölkələr
03:37
Foto
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
Region
03:11
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
Digər ölkələr
02:36
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
Digər ölkələr
02:12
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
Futbol
01:44
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib - Yenilənib
Region