Bakıda taksi qəzaya düşdü, sərnişin yaralandı

Bakıda taksi qəzaya düşdü, sərnişin yaralandı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 İyun , 2021 01:45
Bakıda taksi qəzaya düşdü, sərnişin yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə taksidə əyləşən sərnişin, 1987-ci il təvəllüdlü Rəhimi Təranə Adil qızı xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi