Bakıda suya görə qonşusunu öldürən şəxsə hökm oxunub

Bakıda suya görə qonşusunu öldürən şəxsə hökm oxunub Fərman Eminov 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
13 Aprel , 2017 12:30
Bakıda suya görə qonşusunu öldürən şəxsə hökm oxunub

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Fərman Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Eminov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyul ayında Bakı şəhərinin Sabunçu qəsəbəsinin Natavan küçəsi 16 ünvanında 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlu qonşusu, 1980-ci ildə anadan olmuş Əmənov Elməddin Nəbi oğlunu bıçaqlayaraq qətlə yetirib.

Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı E.Əmənovun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, qonşular suya görə dava edib. Belə ki, E.Əmənov qonşuluqda yaşayan F.Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən F.Eminov qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.

Hadisəni törədən F.Eminov 3, qətlə yetirilən E.Əmənov isə 2 uşaq atasıdır.

Son xəbərlər

Orphus sistemi