Yuxarı

Bakıda sürücünün vurduğu lal piyadanı hara apardığı məlum olub - YENİLƏNİB

Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) BŞBPİ Mətbuat Xidməti Sabunçu rayonunun, Zabrat qəsəbəsində sürücünün 45 yaşlı Akif Əzimovu vurması və onu naməlum istiqamətə aparması ilə bağlı məlumata aydınlıq gətirib.

BŞBPİ Mətbuat Xidmətindən “Report”a bildirilib ki, A.Əzimovu vuran VAZ-2107 markalı avtomobilin sürücüsü onu evinə aparıb: 

"Akif Əzimov özü xəstəxanaya getmək istəməyib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır".


*** 8 dekabr, saat 22:45

Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində “VAZ-2107” markalı avtomobil 45 yaşlı Akif Əzimovu vuraraq xəsarət yetirib. Yaralının yaxınlarının dediyinə görə, hadisəni törədən sürücü yaralı A.Əzimovu avtomobilinə mindirərək naməlum istiqamətə aparıb. Zərərçəkənin qohumları bildiriblər ki, paytaxtın xəstəxanalarına, morqlara və polis idarələrinə müraciət etsələr də, heç bir yerdən A.Əzimovla bağlı məlumat ala bilməyiblər.

Hazırda yaxınları A.Əzimovun axtarışına başlayıblar.

Yol-nəqliyyat hadisəsində xəsarət alan A.Əzimovun nitq qüsurlu olduğu bildirilir.

Ramin Şahbazov  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi