Bakıda sürücü törətdiyi qəzada ağır xəsarət alıb

Bakıda sürücü törətdiyi qəzada ağır xəsarət alıb Bakıda yol qəzası baş verib.
Hadisə
14 Yanvar , 2020 03:22
Bakıda sürücü törətdiyi qəzada ağır xəsarət alıb

Bakıda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Zabratda qeydə alınıb.

Belə ki, baş verən qəzada avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Qasımov Namiq Mayıl oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi