Bakıda sürücü qəza törədərək hadisə yerindən uzaqlaşıb - FOTO

Bakıda sürücü qəza törədərək hadisə yerindən uzaqlaşıb - FOTO Bakı. 9 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Yanvar , 2018 23:20
Bakıda sürücü qəza törədərək hadisə yerindən uzaqlaşıb - FOTO

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Nəriman Nərimanov" metrostansiyası istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil eyni markalı minik avtomobilinə arxadan çırpılıb.

Sürücü Kamil Rəşidovun sözlərinə görə, qəzanı törədən "Mercedes"in sürücü hadisədən sonra ərazidən uzaqlaşıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb.

Deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Son xəbərlər

Orphus sistemi