Bakıda sürücü idarəetməni itirərək qəza törədib

Hadisə
  • 12 noyabr, 2019
  • 22:37
Bakıda sürücü idarəetməni itirərək qəza törədib
Foto: "Report"

Bakıda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində, Aeroport yolunda qeydə alınıb.

Belə ki, "90-UK-740" dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi dəmir maneəyə çırpılıb.

Sürücünün sözlərinə görə, qəzaya avtomobilin ön təkərinin partlaması səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. 

44 filmi