Bakıda sürücü 82 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü 82 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb Bakıda 82 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
15 Dekabr , 2019 23:38
Bakıda sürücü 82 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda 82 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Belə ki, 1937-ci il təvəllüdlü Cəfərova Ababil İstil qızı Məhəmməd Hadi küçəsində yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. A.Cəfərovaya sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Qadının yaxınlarının "Report"a verdiyi məlumata görə A.Cəfərovanı vuran sürücü hadisə yerindən qaçıb.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi