​Bakıda supermarketdə yanğın olub, ərzaq məhsulları yanıb

​Bakıda supermarketdə yanğın olub, ərzaq məhsulları yanıb Hadisə gecə saatlarında baş verib
Hadisə
2 Yanvar , 2016 08:49
​Bakıda supermarketdə yanğın olub, ərzaq məhsulları yanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Gecə saatlarında Bakının Nizami rayonunda sahibi məlum olmayan ikimərtəbəli supermarketdə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 900 kv.m olan “Armo Store”nin 1-ci mərtəbəsində alçıpandan ibarət tavanı və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanıb.

Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi