Bakıda söyüşə görə tanışını bıçalaqyan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakıda söyüşə görə tanışını bıçalaqyan şəxs məhkəmə zalından azadlığa buraxılıb Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
15 May , 2017 13:22
Bakıda söyüşə görə tanışını bıçalaqyan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını söyüşə görə bıçaqlamaqda təqsirləndirilən Rəşad Həsənov cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və ona şərti cəza verilib. R.Həsənov məhkəmə zalından azadlığa çıxıb.

Qeyd edək ki, hadisə bu il Yenin Suraxanı qəsəbəsində baş verib. Gədəbəy rayon sakini R.Həsənov tanışı Balaxanı sakini Akif Quliyevlə mübahisə edib. Tanışlar arasında mübahisə söyüşlə nəticələnib. Bu zaman R.Həsənov bıçaqla A.Quliyevi bıçaqlayıb.

Suraxanı Polis İdarəsinin əməkdaşı tərəfindən R.Həsənov həbs edilib.

Son xəbərlər

Orphus sistemi