Bakıda soyğunçuluqla üzləşən qadın məhkəmədə təqsirləndirilən şəxsi bağışlayıb

Bakıda soyğunçuluqla üzləşən qadın məhkəmədə təqsirləndirilən şəxsi bağışlayıb Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib
Hadisə
28 Dekabr , 2016 16:26
Bakıda soyğunçuluqla üzləşən qadın məhkəmədə təqsirləndirilən şəxsi bağışlayıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınlara qarşı soyğunçuluq etməkdə təqsirləndirlən Rəşad Məlikovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Tahirə Hüseynova ifadə verib.

O bildirib ki, tanımadığı şəxs onun qulağından sırğalarını qopararaq qaçıb: "Soyğunçuluq hadisəsi bu il aprel ayının 29-da baş verib. Pilləkandan qalxırdım. Arxadan kimsə mənə yaxınlaşdı, kənara çəkilib yol vermək istədim. Bu zaman qulaqlarıma nəsə toxundu. Çevirilib baxanda, həmin şəxsi görə bilmədim. Sonra əlimlə yoxlayanda, sırğalarımın qulağımda olmadığını gördüm. Qulağımdan qan gəldi".

T.Hüseynova təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib: "Bilmirəm, sırğalarımı Rəşad Məlikov aparıb, ya yox. Ondan şikayətçi deyiləm. Rəşadı bağışlayıram. Cavan adamdır, bir qələtdir edib".

Təqsirləndirilən R.Məlikov T.Hüseynovanın sırğasını soyğunçuluq yolu ilə ələ keçirmədiyini söyləyib: "Bunu mən etməmişəm, xəbərim yoxdur".

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, bu il Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Binəqədi rayon sakinini R.Məlikov tutulub. 

Araşdırma zamanı məlum olub ki, R.Məlikov Nəsimi rayonunda 6 xanıma qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.

Faktla bağlı Nəsimi (RPİ) İstintaq Şöbəsində cinayət işi başlanıb. 

Son xəbərlər

Orphus sistemi