Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda soyğunçuluqla məşğul olan qadın saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Mətləb İdayətovun 130 manatını soyğunçuluq yolu ilə alan Bakı şəhər sakinləri - Nurlan Şükürov və Əfsanə Ağayeva tutulublar. Qeyd edək ki, hər iki şəxs əvvəllər məhkum olunublar.
Onlar barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.