Bakıda soyğunçuluq edən şəxslərin məhkəməsi başlayıb

Bakıda soyğunçuluq edən şəxslərin məhkəməsi başlayıb Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Mirzaman Kamilov və Emil Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
11 Sentyabr , 2019 15:15
Bakıda soyğunçuluq edən şəxslərin məhkəməsi başlayıb

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Mirzaman Kamilov və Emil Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Ramin Qurbanovun icraatına verilən iş üzrə hazırlıq iclası sentyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, paytaxtın müxtəlif yerlərində cinayət hadisələri törədən şəxslər bu ilin fevral ayında Nizami Rayon Polis İdarəsi 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 26-da polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, tanımadığı iki nəfər metronun "Qara Qarayev" stansiyasının yaxınlığında onu döyərək LG markalı mobil telefonunu alıblar. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri - Emil Məsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq əməllərini etiraf ediblər.

Onlara Cinayət Məcəlləsinin 180.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi