Yuxarı
    Bağlamaq

    Bakıda soyğunçuluq edən şəxs tutulub

    Onun digər əməllərinin də üstü açılıb

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda soyğunçuluq edən şəxs tutulub.

    “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Mehrab Muradova qarşı soyğunçuluq etmiş Rəhman Məhərrəmov tutulub.

    Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Nizami Abbasova və Vaqif Kərimova məxsus mağazalardan pul, ərzaq məhsulları, tütün məmulatı və danışıq kartları, Hacırza Mirzəyevə məxsus məişət əşyalarını, habelə Daşdəmir İsmayılova məxsus mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

    Faktla bağlı araşdırma davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi