Bakıda soyğunçuluq edən şəxs tutuldu

Bakıda soyğunçuluq edən şəxs tutuldu Bakıda soyğunçuluq hadisəsi baş verib.
Hadisə
18 Fevral , 2020 10:25
Bakıda soyğunçuluq edən şəxs tutuldu
Unsplash.com

Bakıda soyğunçuluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə fevralın 14-də, saat 20:30 radələrində paytaxtın Nərimanov rayonu, Ə.Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Ö.Əzizlinin əlindən mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirib.

Daha sonra Ö.Əzizli hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Fərhadzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi