Yuxarı

Bakıda soyğunçuluğa cəhd edən şəxs saxlanılıb

Bakıda soyğunçuluğa cəhd edən şəxs saxlanılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Bakıda soyğunçuluğa cəhd edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qadına qarşı soyğunçuluq edərək aradan çıxmağa çalışan şəxs yaxalanıb.

Belə ki, iyulun 3-də s Yasamal rayonunun H.B.Zərdabi küçəsində bir nəfər Bakı şəhər sakini G.Əmiraslanovaya zor tətbiq edərək içərisində 145 manatı və sənədləri olan pulqabısını alaraq aradan çıxmağa çalışıb. Ərazidə xidmət aparan 29-cu Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Araşdırma zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ağaəliyev olduğu müəyyən edilib. Maddi sübut ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi