Yasamalda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Yasamalda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO Hazırda yanğınsöndürmə işləri davam etdirilir
Hadisə
21 Aprel , 2021 23:44
Yasamalda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
0 : 00
0 : 00

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

“Report”un məlumatına görə, əraziyə dörd yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

22:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi