Bakıda “Siyasi və hüquqi kateqoriyaların kontekstində Azərbaycan və Rusiyada informasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Siyasi və hüquqi kateqoriyaların kontekstində Azərbaycan və Rusiyada informasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib Əməliyyat-axtarış tədbirləri zamanı, informasiya təhlükəsizliyi problemi və digər mövzular ətrafında müzakirələr aparılıb
Hadisə
3 Noyabr , 2014 17:31
Bakıda “Siyasi və hüquqi kateqoriyaların kontekstində Azərbaycan və Rusiyada informasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda “Siyasi və hüquqi kateqoriyaların kontekstində Azərbaycan və Rusiyada informasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report”un məlumatına görə, konfransı giriş sözü ilə Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin və Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli açıb.

Ə.Hüseynli deyib ki, belə  beynəlxalq tədbirin Rusiya və Azərbaycan alimlərinin iştirakı ilə Bakıda keçirlməsi xüsusi əhəmiyyətə malikdir.

Konfransda hüquq elmləri doktoru A.Morozova “İnformasiya hüququ üzrə yüksək ixtisaslı kadrların hazırlanması” mövzusunda məruzə ilə çıxış edib.

Beynəlxalq konfransda əməliyyat-axtarış tədbirləri zamanı, informasiya təhlükəsizliyi problemi, informasiya təhlükəsizliyinin hüquqi təminatı üzrə aktual məsələlər və texnologiyalar sahəsi mövzusunda müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi