Bakıda şirkətin anbarından 4 min manatlıq ərzaq oğurlanıb

Bakıda şirkətin anbarından 4 min manatlıq ərzaq oğurlanıb Bakı. 18 iyul. REPORT.AZ/ Bu il iyulun 12-nə keçən gecə Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından 3500-4000 manat dəyərində ərzaq məhsullarının oğurlandığı barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.
Hadisə
18 İyul , 2018 12:38
Bakıda şirkətin anbarından 4 min manatlıq ərzaq oğurlanıb
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Bu il iyulun 12-nə keçən gecə Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından 3500-4000 manat dəyərində ərzaq məhsullarının oğurlandığı barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər qısda müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Abşeron rayon sakini Elçin Nəsibov, Bakı şəhər sakinləri Məmməd Rüstəmov və Bünyad Abbasov olduqları müəyyən edilib.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi