Bakıda maskalı şəxslər şirkətə basqın edib, nəzarətçini bıçaqla hədələyiblər

Hadisə
  • 19 fevral, 2022
  • 07:00
Bakıda maskalı şəxslər şirkətə basqın edib, nəzarətçini bıçaqla hədələyiblər

Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində şirkətlərdən birinin həyətinə girən 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.