Yuxarı
    Bağlamaq

    Bakıda şirkət rəhbərinə qarşı 700 min manatlıq dələduzluq edilib

    Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır

    Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

    "Report"un xəbərinə görə, bu barədə zərərçəkən - Abşeron rayon sakini 1961-ci il təvəllüdlü Bilalov Elçin Parapel oğlu Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib.

    E.Bilalov qeyd edib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus "Foodini" MMC-də operator işləyən Xaçmaz rayon sakini 1987-ci il təvəllüdlü Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.

    Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi