Bakıda şirkət 1 000 avro cərimələndi

Bakıda şirkət 1 000 avro cərimələndi Nəsimi rayon Məhkəməsi “Sem-AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 000 avro cərimə edilməsi barədə qərar çıxarıb.
Hadisə
2 Mart , 2020 11:04
Bakıda şirkət 1 000 avro cərimələndi
google.az

Nəsimi rayon Məhkəməsi “Sem-AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 000 avro cərimə edilməsi barədə qərar çıxarıb.

"Report"un xəbərinə görə, Mərkəzi Bank valyuta tənzimi qaydalarını pozulmasına görə şirkət barəsində inzibati protokol tərtib edib.

Məhkəmə protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2009-cu ildə yaradılan “Sem-AZ” şirkəti Azərbaycanda fiziki-kimyəvi laboratoriyaların avadanlıqlarla təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşıb. Şirkət “Agilent Technologies” və bir sıra digər şirkətlərin Azərbaycanda rəsmi təmsilçisidir. 

Son xəbərlər

Orphus sistemi