Bakıda sintizator ifaçısını bıçaqlayan müğənniyə hökm oxunub

Bakıda sintizator ifaçısını bıçaqlayan müğənniyə hökm oxunub Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
9 Oktyabr , 2018 16:01
Bakıda sintizator ifaçısını bıçaqlayan müğənniyə hökm oxunub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Ə.İsmayılovun cinayət əməlinin Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini və onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayiət etməməsi olub.

Son xəbərlər

Orphus sistemi