Bakıda silahlı şəxs saxlanıldı

Bakıda silahlı şəxs saxlanıldı Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.
Hadisə
402
22 İyun , 2020 15:35
Bakıda silahlı şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə Edqar adlı şəxsin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Edqar Abdullayev Nəsimi rayonu ərazisində tutulub. Onun Biləcəri qəsəbəsində qeydiyyatda olduğu evə baxış keçirilən zaman 1 ədəd “WALTER” markalı tapança, 1 ədəd daraq və 7 ədəd patron aşkar olnaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Edqar Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi