Bakıda obyektdə yanğın olub

Bakıda obyektdə yanğın olub Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə
12 Sentyabr , 2024 09:41
Bakıda obyektdə yanğın olub

Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində obyektdə yanğın baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

"Yanğın nəticəsində ümumi sahəsi 3250m2 olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400m2 və içərisindəki mebel əşyaları 100m2 sahədə, avtomobil təmiri sexi 100m2 sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20m2 sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 m2 sahədə yanıb. Obyektin böyük hissəsi, həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi