Bakıda sexdə texnikanın partlaması nəticəsində usta xəsarət alıb

Bakıda sexdə texnikanın partlaması nəticəsində usta xəsarət alıb Bakı. 20 iyun. REPORT.AZ/ Paytaxtın Yasamal rayonunda texnikanın partlaması bir nəfərin yaralanmasına səbəb olub.
Hadisə
20 İyun , 2018 06:25
Bakıda sexdə texnikanın partlaması nəticəsində usta xəsarət alıb

Bakı. 20 iyun. REPORT.AZ/ Paytaxtın Yasamal rayonunda texnikanın partlaması bir nəfərin yaralanmasına səbəb olub.

"Report"un xəbərinə görə, hadisə Yeni Yasamal qəsəbəsi, Xıdır Mustafayev küçəsi, 165 ünvanında baş verib.

"London taksiləri"nin təmiri xidmətinin 1954-cü il təvəllüdlü əməkdaşı Sadıqov Elman Rəşid oğlu iş görən zaman qaynaq aparatında nasazlıq yaranıb. Nəticədə aparat partlayıb. E.Sadıqov müxtəlif bədən xəsarətləri alıb.

O, "təcili tibbi yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi