Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Valentina Flimonovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başalayıb.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Həmin ərazidə yaşayan V.Flimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. N.Orlov hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Filimonova tutulub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.