Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayıb

Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayıb Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib
Hadisə
28 Mart , 2017 11:40
Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi münasibətdə olduğu şəxsi bıçaqlamaqda təqsirləndirilən Samirə Sadıqovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də Xətai rayonunda baş verib. S.Sadıqova sevgilisi, Bakı şəhər sakini Ramiz Allahverdiyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan R.Allahverdiyevin həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən həmyerlisi S.Sadıqova tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi