Bakıda sevgilisini ayağı ilə boğub öldürən 50 yaşlı kişiyə hökm oxunub

Bakıda sevgilisini ayağı ilə boğub öldürən 50 yaşlı kişiyə hökm oxunub Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 İyul , 2018 12:04
Bakıda sevgilisini ayağı ilə boğub öldürən 50 yaşlı kişiyə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında F.Şaqaliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə ötən ilin oktyabr ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.

Əlli yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş olub.

O bir müddət əvvəl tanış olduğu Şamaxı sakini G.Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub.

Ailəli, 2 uşaq atası olan F.Şaqaliyev tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. 

Son xəbərlər

Orphus sistemi