​Bakıda sevdiyi qızı 15 bıçaq zərbəsilə öldürən gəncin məhkəməsinin vaxtı açıqlanıb

​Bakıda sevdiyi qızı 15 bıçaq zərbəsilə öldürən gəncin məhkəməsinin vaxtı açıqlanıb İşə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq
Hadisə
18 Fevral , 2016 09:34
​Bakıda sevdiyi qızı 15 bıçaq zərbəsilə öldürən gəncin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda sevdiyi qızı qətlə yetirən 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək cinayət işi üzrə hazırlıq iclası fevralın 24-nə təyin edilib.

İşə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun “Qara Qarayev” stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi