Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Hövsan qəsəbəsində avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Qulamova Təranə Xankişi qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, T. Qulamova hadisə baş verən zaman sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.