Bakıda sərnişini bıçaqlayan taksi sürücüsünə hökm oxunub

Bakıda sərnişini bıçaqlayan taksi sürücüsünə hökm oxunub Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1996-cı il təvəllüdlü Nicat Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
30 Noyabr , 2018 13:00
Bakıda sərnişini bıçaqlayan taksi sürücüsünə hökm oxunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1996-cı il təvəllüdlü Nicat Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə bu il mayın 29-da Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Taksi fəaliyyəti ilə məşğul olan N.Abdullayev qəsəbə ərazisində olarkən Orxan Rzayev onun maşınına əyləşib və sürməyi əmr edib. Bir qədər getdikdən sonra N.Abdullayev sərnişindən hara gedəcəyini soruşub. Bu zaman O.Rzayev səbəbsiz halda maşının ön hissəsinə yumruq vurmağa başlayıb. N.Abdullayev maşını saxlayıb. Bu zaman O.Rzayev yerə düşərək cibindən bıçaq çıxarıb və sürücünün qıçından bir zərbə vurub. Daha sonra bıçağı yerə atıb. Yerdən bıçağı götürən N.Abdullayev O.Rzayevin qarın nahiyəsindən bir zərbə endirib.

Daha sonra N.Abdullayev onu öz maşınına oturdaraq xəstəxanaya çatdırıb. Həkimlər O.Rzayevin həyatını xilas edə biliblər. 

Son xəbərlər

Orphus sistemi