Bakıda sərnişin dayanacaqda saxlamayan avtobus sürücüsünü boğmağa cəhd edib - VİDEO

Bakıda sərnişin dayanacaqda saxlamayan avtobus sürücüsünü boğmağa cəhd edib - VİDEO Hadisə avtobus hərəkətdə olan zaman baş verib
Hadisə
3 Sentyabr , 2017 19:35
Bakıda sərnişin dayanacaqda saxlamayan avtobus sürücüsünü boğmağa cəhd edib - VİDEO

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda sürücü və sərnişinlər arasında növbəti insident baş verib.

"Report" xəbər verir ki, hadisə 96 saylı marşrut avtobusda qeydə alınıb.

İnsident sürücünün nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamaqdan imtina etməsindən sonra baş verib. Avtobusu dayanacaqdan kənarda saxlamağa məcbur edən sərnişin nəqliyyat vasitəsi hərəkətdə ikən sürücünü sükan arxasında boğmağa cəhd edib. Sürücü avtobusu saxladıqdan sonra sərnişin onu söyərək maşından düşüb.

Son xəbərlər

Orphus sistemi