Yuxarı

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb
Onun sərnişin tərəfindən döyüldüyü ehtimal edilir

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb.

"Report" xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında baş verib.

70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib. Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanına məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi