Bakıda sərnişin avtobusu sərxoş piyadanı vurub
Hadisə
- 04 dekabr, 2014
- 05:27
Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu 33 yaşlı piyadanı vurub. "Report"un məlumatına görə, hadisə səhər saatlarında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "Bakıxanov" ticarət mərkəzinin qarşısında baş verib. Hadisə piyada Arim Ziya Süleyman yolu keçmək istəyən vaxt baş verib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. İlkin müayinə zamanı piyadanın sərxoş vəziyyətdə olduğu müəyyənləşib. A.Süleyman səhər saatlarında dostları ilə birlikdə xaş süfrəsi arxasında spirtli içki qəbul etdiyini bildirib. Piyadanı vuran avtobusun sürücüsü isə artıq izahatının alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Qəzanın səbəblərinə araşdırmalardan sonra aydınlıq gətiriləcək.
Son xəbərlər
09:25
FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb
Hadisə09:21
Türkiyədə 5 maqnitudalı zəlzələ olub
Region09:14
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Maliyyə09:13
Azərbaycan atleti Anna Yusupova dünya çempionatında 91-ci yeri tutub
Fərdi09:04
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
Fərdi09:00
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Daxili siyasət09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.09.2026)
Maliyyə08:50
Foto
Video
"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb
Hadisə08:40