Bakıda sərnişin avtobusu qadını vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda sərnişin avtobusu qadını vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
28 Noyabr , 2017 10:46
Bakıda sərnişin avtobusu qadını vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB
"Report"

Video əlavə olunub


*** 04:06

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu qadını vuraraq öldürüb.

"Report" xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

Belə ki, Azadlıq prospekti ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində, piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçən, təqribən, 45-50 yaşlı Bahar adlı qadını işıforun yaşıl işığında hərəkət edən 165 nömrəli sərnişin avtobusu vurub. 

Avtobusun sürücüsü Balagözov Vaqif Həmzə oğlunun "Report"a verdiyi məlumata görə, piyada qadın qulaqcıqdan istifadə edirmiş. O, qəfildən yola çıxıb. Hadisə şahidləri piyadanın ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi