Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Noyabr , 2015 11:39
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadanı vurub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən verilib.

Belə ki, Nərimanov rayonu Atatürk prospektində Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Nurəddin Süleymanov idarə etdiyi “Daewoo” markalı 211 saylı xətt avtobusu ilə Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Həmayil Nəbiyevanı vurub. Nəticədə, H.Nəbiyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi