Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda sərnişin avtobusu piyadanı vurub Piyadanı 22 nömrəli sərnişin avtobusu vurub
Hadisə
9 Oktyabr , 2017 08:10
Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadanı vurub.

"Report" xəbər verir ki, hadis Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində 38 yaşlı Qədimova Fəridə Fərhad qızı yol kənarı ilə gedərkən onu arxadan gələn 22 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Qabırğa sümüklərinin çoxsaylı sınığı diaqnozu ilə xəstəxanaya qəbul olunan F.Qədimovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi