Bakıda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir
Hadisə
28 Sentyabr , 2017 07:43
Bakıda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib
Foto: Report.az

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadanı vuraraq ona ağır xəsarət yetirib.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 8-ci kilometr qəsəbəsində, bazarın yaxınlığında yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Babayeva Təranə Mənsur qızını 64 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Qadın xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən avtobus sürücüsünü saxlayıb.

Son xəbərlər

Orphus sistemi