Bakıda mikroavtobus piyadanı vurub, digər maşın isə üzərindən keçib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda mikroavtobus piyadanı vurub, digər maşın isə üzərindən keçib - FOTO - VİDEO - YENİLƏNİB Əraziyə toplaşan insanlar daha bir qəzaya səbəb olublar
Hadisə
19 İyul , 2017 11:33
Bakıda mikroavtobus piyadanı vurub, digər maşın isə üzərindən keçib - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

Video əlavə olunub


*** 01:42

Bakı. 19 iyul. REPORT.AZ/ Bakının aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, "Mercedes" markalı sərnişin mikroavtobusu sol güzgüsü ilə yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişiyə toxunaraq keçib. Arxadan gələn "Porsche" markalı avtomobil isə zərbənin gücündən yerə yıxılan piyadanın üzərindən keçib. Kişi ərazidə dünyasını dəyişib.

Hadisə şahidi olan "Jeep" markalı avtomobilin sürücü maşını yol kənarında saxlayaraq insident barədə "təcili yardım" və polisə xəbər vermək istəyərkən arxadan gələn "Toyota" onun avtomobilinə çırpılıb.

Hazırda əraziyə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülər saxlanılıb. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi