Bakıda sərnişin avtobusu körpüyə ilişib - FOTO

Bakıda sərnişin avtobusu körpüyə ilişib - FOTO "Səməd Vurğun" bağı istiqamətinə gedən yoda tıxac yaranıb
Hadisə
3 Noyabr , 2017 11:37
Bakıda sərnişin avtobusu körpüyə ilişib - FOTO
Report

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının 28 May küçəsində sərnişin avtobusu körpüyə ilişib.

"Report"un xəbərinə görə, nəticədə "Səməd Vurğun" bağı istiqamətinə gedən yolda tıxac yaranıb.

Belə ki, sərnişin avtobusu 3,5 metr hündürlükdən artıq nəqliyyat vasitələrinin keçməsinin qadağan olunduğu yerdən keçmək istəyib. Bu zaman avtobusun arxa tərəfi körpüyə ilişib.

Avtobus bir müddət hərəkətsiz qaldıqdan sonra geriyə hərəkət etməklə oradan çıxarılıb. Bundan sonra yolda hərəkət bərpa olunub.

Son xəbərlər

Orphus sistemi