Bakıda sərnişin avtobusu gənc oğlanı vurub

Bakıda sərnişin avtobusu gənc oğlanı vurub Yaralı qapalı kəllə-beyin travması alıb
Hadisə
5 Oktyabr , 2017 08:40
Bakıda sərnişin avtobusu gənc oğlanı vurub
Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda sərnişin avtobusu gənc oğlanı vurub.

"Report"un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi, Arzu şadlıq evinin qarşısında baş verib.

Həmin ərazidə yolun digər tərəfinə keçmək istəyən 17 yaşlı Ağayev Hilal Rövşən oğlu 208 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu tərəfindən vurulub.

Yaralı qapalı kəllə-beyin travması alıb. O təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi